Moskvanın yeni qış taktikası: Ukrayna energetikasına kütləvi zərbələr hazırlanır
2026-09-21 18:59:14
Rusiya avqust ayından bəri ballistik raketlərin istifadəsini kəskin şəkildə azaldıb və Ukrayna ərazisinə daha çox reaktiv dronlarla hücum edir.
Hurriyyet.media xəbər verir ki, bu barədə "Bloomberg" nəşri xüsusi təhlil materialı ilə çıxış edib.
Nəşrin qeyd etdiyinə görə, raket istifadəsinin azalması Rusiyanın qış aylarında Ukraynanın energetika infrastrukturuna kütləvi zərbələr endirmək üçün böyük raket ehtiyatı topladığını göstərə bilər.
Ekspertlər hesab edirlər ki, Moskva soyuq günlərdə Ukrayna energetikasını sıradan çıxarmaq və ölkəni qaranlıqda qoymaq üçün ballistik raketləri bilərəkdən qənaətlə istifadə edərək anbarlarda cəmləşdirir.