📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvaya doğru uçan iki pilotsuz təyyarə vuruldu

2023-08-10 09:12:00

Moskvaya doğru uçan iki pilotsuz təyyarə vuruldu

Rusiyanın paytaxtı Moskva istiqamətində uçan iki hücum pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.

Hurriyyet.az xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin öz teleqram kanalında bildirib.

"Gecə saat dörd radələrində Hava Hücumundan Müdafiə Qüvvələri şəhərə doğru uçan iki PUA-nı vurub. Biri Kaluqa vilayətində, digəri isə Mərkəzi Dairəvi yol ərazisində", - o yazıb.

axar.az