📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvaya dron hücumu - Ölən və yaralananlar var - Video

2024-09-10 09:08:14

Moskvaya dron hücumu - Ölən və yaralananlar var - Video

Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu zamanı iki yaşayış binasında yanğın baş verib.

Hurriyyet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyevin məlumat verib.

Onun sözlərinə görə, Ukraynaya məxsus pilotsuz təyyarənin Ramenskoyedəki yaşayış binasına çırpılması nəticəsində 11-12-ci mərtəblərdəki evlərdə yanğın baş verib, 46 yaşlı qadın ölüb.

PUA-lardan biri isə Vısokovoltnaya küçəsindəki binaya çırpılıb.

Hadisələr zamanı 3 nəfər yaralanıb.

O, həmçinin bildirib ki, ümumilikdə bu gecə hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna şəhər rayonlarında 14 pilotsuz uçuş aparatı vurub.