📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvaya dron hücumu oldu, hava limanları bağlandı - Video + Yenilənib

2023-08-22 09:10:17

Moskvaya dron hücumu oldu, hava limanları bağlandı - Video + Yenilənib

Gecə saatlarında Rusiyanın Moskva vilayətinə dron hücumu olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, paytaxtın Strogino və Krasnoqorsk şəhərlərində ard-arda partlayış səsləri eşidilib. 

TASS agentliyi isə Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo limanları üzərində hava məkanının bağlanması barədə məlumat yayıb:

“Uçuşlar qəbul edilmir, təxirə salınıb”.

***

Moskva meri Sergey Sobyanin teleqram kanalında dron hücumunu təsdiqləyib.

O bildirib ki, hava hücumundan müdafiə qüvvələri Krasnoqorsk vilayətində və Moskva vilayətinin Çastsı rayonunda iki PUA-nı vurub.

Hazırda xüsusi təyinatlılar hadisə yerindədir.