📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvaya yenidən dron hücumu oldu - Video

2023-08-23 09:55:00

Moskvaya yenidən dron hücumu oldu - Video

Rusiyanın paytaxtı Moskva şəhərinə yenidən dron hücumu olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb.

O, Moskva vilayətinin Mojaysk rayonunda 1 PUA-nın hava hücumundan müdafiə vasitəsi ilə vurulduğunu, daha bir PUA-nın isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşdüyünü yazıb. 

Rusiya aviasiya xidmətləri də Moskva hava limanlarının hələ ki təyyarələri qəbul etmədiyini və göndərmədiyini bildirib.

Xatırladaq ki, ötən gecə də Moskva 2 dron hücumuna məruz qalmışdı.