📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mossad şefi David Barnea:"İran İslam Respublikası deyil, terrorçu İran respublikadır"

2022-09-13 12:43:00

Mossad şefi David Barnea:

Mossad şefi David Barnea, "İran İslam Respublikası deyil, terrorçu İran respublikadır" ifadələrini işlədib və terrorun İran təhdidinin ayrılmaz hissəsi olduğunu bəyan edib.
O, bu ölkənin “İran İslam Respublikası” deyil, “İran Terror Respublikası” adlandırılmalı olduğunu bildirib.
Mossad şefi İran rejiminin terror və zorakılığa əsaslandığını və zorakılığa legitim alət kimi baxmağa, istifadə etməyə davam etdiyini qeyd edib.
Barnea mollaların 1979-cu ildən İranda hakimiyyətə gəlməsindən bu günədək terrorun onların əsas dünya görüşünə çevrildiyini xatırladaraq, bunun dövlət səviyyəsində həyata keçirildiyini və bütün dünya üçün problemə çevrildiyini söyləyib.
Onun sözlərinə görə, nüvə danışıqları nəinki İranın terror fəaliyyətini azaltmayıb, əksinə, İran rejimi bu fəaliyyətlərini genişləndirib və hətta Amerika və Avropa ərazilərinə də çatdırıb.
Bundan sonra İrana bağlı proksi qüvvələri deyil, onları təşkilatlandıranlara qarşı addım atacaqlarını deyən İsrail rəsmisi bu təşkilatçıların Tehran, İsfahan və Tehranda olduqlarını deyib.

Ülviyyə, Hurriyyet.az