📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Mossad"ın Tel-Əvivdəki qərargahı vurulub

2024-09-25 12:16:07

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, "Hizbullah" təşkilatı "Mossad"ın Tel-Əviv şəhərinin kənarında yerləşən qərargahına hücum edib. Zərərçəkənlər barəsində məlumat verilmir.
"Hizbullah"ın açıqlamasında deyilir: "Müqavimət qüvvələrinin döyüşçüləri "Mossad" kəşfiyyat xidmətinin qərargahını vurmaq üçün "Qader-1" ballistik raketindən istifadə ediblər". Məlumatda daha sonra qeyd edilir ki, məhz həmin qərargah Livandakı peycer partlayışları əməliyyatına görə məsuliyyət daşıyır.
Hürr Tərcüman