Mosulda konsulluğa hücum edən terrorçular cavab verəcək - Türkiyə MN
2022-07-27 22:23:00
Türkiyə İraq rəsmilərindən Mosul konsulluğuna hücum edənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, İraq tərəfi diplomatik nümayəndəliklərin təhlükəsizliyi üçün hər cür tədbir görməyə laqeyd yanaşmamalıdır.
“Mosul konsulluğumuza edilən hücumla kimin mülki şəxslərə və mülki hədəflərə hücum etdiyi bir daha aydın oldu. Gec-tez hücumu həyata keçirən terrorçular da digər terrorçular kimi cavab verəcəklər”, - nazirliyin bəyanatında deyilir. \\Metbuat