📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Motosiklet qaçıran şəxs saxlanıldı, üzərində heroin aşkarlandı

2024-02-21 12:03:26

Motosiklet qaçıran şəxs saxlanıldı, üzərində heroin aşkarlandı

Fevralın 18-də Nizami rayonu ərazisindən “Tufan” markalı motosikletin qaçırılması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub.
 
Hurriyyet.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Tariyel Məmmədov motosikletlə saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.