📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Motosikletçini döyən məmur saxlanıldı - SON DƏQİQƏ!

2022-04-26 12:05:00

Motosikletçini döyən məmur saxlanıldı - SON DƏQİQƏ!

Bakıda "Lexus” markalı avtomobili ilə motosikletçini döyən məmur Sultan Dadaşov saxlanılıb.

Hurriyyet.az Sfera.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, məhkəmənin qərarı ilə Sultan Tofiq oğlu Dadaşov 25 sutka həbs edilib.

Qeyd edək ki, 25 apreldə Bakıda "Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.