Mourinyo 6 kubok qazandığı kluba qayıda bilər!
2024-01-17 20:21:25
"Roma"dan qovulan Joze Mourinyo klub axtarışındadır.
Portuqaliyalı mütəxəssisin karyerasını vətənində davam etdirməsi ehtimalı var. Belə ki, "Portu" klubunun yeni prezidenti Andreas Villas-Boas seçilsə, o, 60 yaşlı baş məşqçini kluba qaytara bilər.
Joze Mourinyo 2002-2004 illərdə çalışdırdığı "Portu" ilə Çempionlar Liqası, UEFA Kuboku, 2 dəfə Portuqaliya Liqası, Portuqaliya Kuboku və Portuqaliya Super Kubokunu qazanıb.
Qeyd edək ki, Mourinyo "Roma" ilə 122 oyuna 60 qələbə qazanıb, 28 heç-heçə edib və 34 dəfə məğlub olub. \\Offsideplus.az