📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mourinyo "Real"ın ulduzunu istəyir

2024-10-09 19:43:51

Mourinyo

Joze Mourinyo "Real Madrid"in futbolçusu Arda Gülerin "Fənərbağça"ya transferini istəyir.

Portuqaliyalı mütəxəssis türk ulduzun transferini rəhbərlikdən tələb edib. Bu barədə "AS" nəşri məlumat yayıb. 

O, mövsümün ikinci yarısında yarımmüdafiəçini icarə əsasında komandasında görmək istəyir.

Qeyd edək ki, Arda Güler 2023-cü ilin yayında "sarı-lacivərtlər"dən "Kral klubu"na transfer olunub. \\Offsideplus.az