📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mövlud Çavuşoğlu: İsveç və Finlandiya NATO-ya girmək üçün Ankaranın şərtlərini yerinə yetirməyib

2022-11-04 12:37:00

Mövlud Çavuşoğlu: İsveç və Finlandiya NATO-ya girmək üçün Ankaranın şərtlərini yerinə yetirməyib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç və Finlandiya Şimali Atlantika Alyansına qoşulmaq üçün Ankaranın nəzərdə tutduğu bütün tələbləri yerinə yetirməyib.
Eyni zamanda NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Finlandiya və İsveç Türkiyənin tələblərini yerinə yetirib və onları alyansa qəbul etməyin vaxtı çatıb.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ daha əvvəl bildirib ki, Finlandiya və İsveç hələlik bir terrorçunu Türkiyəyə təhvil verməyib, Türkiyə tərəfi isə terror fəaliyyətlərində iştirak edən şəxslərin ekstradisiyasında israrlı olmaqda davam edir.

Ülviyyə, Hurriyyet.az