📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mövlud Çavuşoğlu:  Lavrov və Kuleba yaxın iki həftə ərzində görüşə bilər

2022-03-31 13:00:00

Mövlud Çavuşoğlu:  Lavrov və Kuleba yaxın iki həftə ərzində görüşə bilər

Rusiyanın XİN naziri Sergey Lavrov və Ukraynanın XİN naziri Dmitri Kuleba yaxın iki həftə ərzində görüşə bilər. Bu barədə Türkiyə XİN naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, cümə axşamı o, iki ölkənin nümayəndə heyətlərinin bu həftə İstanbulda apardığı danışıqlardan sonra Kuleba və Lavrovla telefon danışığı aparıb. “Daha yüksək səviyyədə, ən azı xarici işlər nazirləri səviyyəsində görüş bir-iki həftə ərzində baş tuta bilər”, deyə Çavuşoğlu televiziyaya müsahibəsində açıqlayıb. Çavuşoğlu həmçinin ifadə edib ki, rusiyalı milyarder Roman Abramoviç Ukrayna və Rusiya liderləri arasında əlaqələrin qurulmasında faydalı rol oynayıb. Eyni zamanda, o, İstanbul danışıqlarının nəticələrinin Ukraynada tam icrasını hələ də müşahidə etmədiyini qeyd edib. Rusiya XİN nazirliyi Çavuşoğlunun sözlərini şərh edərkən bildirib ki, Moskva Lavrov və Kuleba arasında görüşdən imtina etməyəcək, lakin danışıqlar mənalı (dolu) olmalıdır.

Ülviyyə, Hurriyyet.az