📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mövlud Çavuşoğlu: Türkiyə qaz tədarükü layihələrinin genişləndirilməsi tərəfdarıdır

2023-03-16 12:59:00

Mövlud Çavuşoğlu: Türkiyə qaz tədarükü layihələrinin genişləndirilməsi tərəfdarıdır

Ankarada Türk Dövlətləri Təşkilatının (OTG) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Bu barədə Türkiyənin XİN naziri Mövlud Çavuşoğlu açıqlama verib.
Türkiyənin XİN naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (OTG) hazırkı iclasındakı açılış nitqində deyib: "Türkiyə Xəzər regionundan beynəlxalq bazara tədarük edilən qazın artırılması üçün Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Qlobal enerji işlərində çəkimiz artır. Biz birlikdə Bakı-Tbilisi-Ceyhan neft kəməri və TANAP kimi irimiqyaslı enerji layihələrini həyata keçirmişik”.

Ülviyyə, Hurriyyet.az