📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mövqelərimiz atəşə tutuldu

2024-02-16 14:37:36

Mövqelərimiz atəşə tutuldu

Fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.