📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mövqelərimiz atəşə tutuldu

2024-09-26 20:08:05

Mövqelərimiz atəşə tutuldu

Sentyabrın 26-sı saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.

Bu barədə Hurriyyet.Az-ya Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.