📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mövqelərimiz atəşə tutulub

2022-10-20 21:13:00

Mövqelərimiz atəşə tutulub

Oktyabrın 20-si saat 16:30-dan saat 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə "Hurriyyet.Az" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.