MSK İlham Əliyevin Prezidentliyə namizədliyini təsdiq etdi
2023-12-19 16:48:02
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.
Hurriyyet.az xəbər verir ki, MSK-nın bugünkü iclasında prezidentliyə namizədlərin müraciətlərinə baxılır.
MSK İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasına Prezidentliyinə namizədliyini təsdiq edib.
Qeyd edək ki, İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü.