📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müalicə aldığı klinikadan Saakaşvilinin görüntüləri yayıldı - VİDEO

2022-12-10 21:47:00

Müalicə aldığı klinikadan Saakaşvilinin görüntüləri yayıldı - VİDEO

 

Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixeil Saakaşvilinin Tbilisidə müalicə aldığı klinikadan görüntüləri yayılıb.

Hurriyyet.Az xəbər verir ki, fotoları “Formula” televiziya kanalı dərc edib.
Bildirilib ki, onun vəziyyəti son aylarda yaxşılaşmayıb və multidissiplinar klinikada müalicəyə ehtiyacı var.
Vəkillər Saakaşvilinin müalicə üçün xaricə göndərilməsini tələb edirlər.
Qeyd edilib ki, görüntülərin təfərrüatları bu gün saat 20:00-da efirə gedəcək.