📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müavin işdən qovuldu: bəs, direktor? – Təhsil İdarəsi

2022-07-19 13:45:00

Müavin işdən qovuldu: bəs, direktor? – Təhsil İdarəsi

Hazırda məktəb direktoru ilə bağlı digər məsələləri də araşdırırıq.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov Baş Prokurorluğun Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova barədə təqdimatı haqda danışarkən deyib.

O bildirib ki, tapşırığa əsasən məktəbdə yoxlamalar aparılır:

“Baş verən məsələ ilə bağlı direktorla bir neçə dəfə danışmışam. Bu gün valideynlə də görüşəcəm. Hadisə ilə bağlı hüquqi və inzibati olaraq düzgün qərar veriləcək”, - E.Nəcəfov deyib.

Qeyd edək ki, bir neçə gün öncə Lənkəran şəhər icra başçısının müavini Rasilə Arifqızı və V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova birincinin evində həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq tətbiq edib. Baş Prokurorluq artıq cinayət işi başladıb və R.Arifqızı ilə bağlı İH-yə, direktor Yeganə Əsgərova ilə bağlı isə Regional Təhsil İradəsinə təqdimat göndərilib.

Lənkəran rayonunun icra başçısı Taleh Qaraşov artıq müavini Rasilə Arifqızını vəzifədən azad edib.

Direktorla bağlı isə hələ qərar verilməyib.