Müavinətin verilməsi niyə “5 uşağa” qaldırıldı?
2021-10-01 16:35:00
Azərbaycanda çoxuşaqlı ana və atalara sosial müavinətin verilməsi qaydası dəyişməsəydi, daha yaxşı olardı. Mən 3 uşağı olan valideynlərin uşağı tək böyütdüyü üçün sosial müavinət almasının tərəfdarıyam.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, bu dəyişikliyin hansı əsasla qəbul edildiyini dəqiq deyə bilməz:
“Yəqin ki, müəyyən əsasları var, onu araşdırmaq lazımdır. Biz bunu araşdırıb, necə əsaslandırıldığını müəyyənləşdirəcəyik. Əgər tutarlı əsas olmasa, bu məsələni Milli Məclisdə qaldıracağıq”.