Müavinətlər 100 faiz də qalxsa, zənbillər dolmayacaq - Milli Məclisdə hökumətə sərt reaksiya
""Təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması məntiqəuyğun deyil. Müavinətlər 100 faiz də qalxsa, zənbillər dolmayacaq".
Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı bildirib.
Millət vəkili Azəristilik ASC tərəfindən verilən istiliyin əhalini qane etmədiyini də diqqətə çatdırıb:
"Təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması sosial həyata təsir edib və marketdə də qiymətlər artıb. Prezidentin pensiya və əməkhaqqıların artırılması ilə bağlı qərarını alqışlayıram. Lakin biz baxmalıyıq ki, başqa hansı addımları ata bilərik. Bütün ölkə üzrə mərkəzi istilik sistemi bərpa edilməlidir. Lakin görək Azəristilik ASC bunun öhdəsindən gəlirmi? Dövlətin verdiyi istilik evləri qızdırır. Qazanxanalar tikilməlidir ki, vətəndaş istilik sistemindən lazımınca istifadə edə bilsin".