📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mübahisə qanla bitdi: Məşhur reper öldürüldü - FOTO

2022-11-01 20:32:00

Mübahisə qanla bitdi: Məşhur reper öldürüldü - FOTO

28 yaşlı amerikalı reper Takeoff Hyustonda güllələnib.

Bu barədə TMZ portalı məlumat yayıb.

Bildirilib ki, reper dostları ilə birlikdə boulinq oynamağa gedib. Əyləncədən sonra ifaçı ilə digər ziyarətçi arasında mübahisə olub. Onlar arasında silahlı atışma baş verib və reper həyatını itirib.

 

Metbuat.az