📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Mübahisəli ərazilərlə bağlı dialoqa hazırıq" - okeanın o tayından açıqlama

2024-01-26 10:18:53

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Venesuela ilə Qayana mübahisəli ərazilərlə bağlı dialoqu davam etdirməyə hazırdırlar. Hər iki ölkənin XİN rəhbərləri Braziliyanın xarici işlər naziri Mauro Vieyranın vasitəçiliyi ilə bu ölkənin paytaxtında görüşüblər. Həmkarlar görüşdən sonra verdikləri birgə bəyanatda ərazi mübahisəsinin həlli məsələsində Venesuela ilə Qayananın dialoqa hazır olduğunu bildiriblər.
Hürr Tərcüman