📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mücahid: “ABŞ Əfqanıstanda məğlub oldu”

2021-08-31 12:37:00

Mücahid: “ABŞ Əfqanıstanda məğlub oldu”

 

Hurriyyet.az xəbər verir ki, “Taliban” təşkilatının nümayəndəsi Zabiullah Mücahid Vaşinqtonun Əfqansanda məğlub olduğunu və öz hədəflərinə çata bilmədiyini bildirib. Bu barədə məlumatı 1TV News  kanalı yayıb. Mücahid deyib: “Bununla belə biz ABŞ ilə yaxşı münasibətlər qurmaq istəyirik”.

Amerika hərbçilərinin ölkəni tərk eləməsi fonunda taliblər ölkənin bütün iri şəhərlərinə nəzarəti ələ keçirərək iyirmi illik müharibənin başa çatdığını elan ediblər. Hazırda ölkənin idarəçilik mexanizmi məsələsi həll edilir.

Çərşənbə axşamı gecəsi Pentaqon (ABŞ MN) Əfqanıstandakı missiyasının başa çatdığını bildirib.

Əcnəbilərin və ABŞ müttəfiqlərinin evakuasiyasının həyata keçirildiyi Kabul aeroportu hazırda taliblərin nəzarəti altındadır.

11 sentyabr terroruna cavab olaraq, ABŞ-ın 2001-ci ilin oktyabrında başladığı “Sarsılmaz azadlıq” əməliyyatını 2014-cü ildə NATO-nun “Qətiyyətli dəstək” əməliyyatı ilə əvəzlənib.

Bu müddət ərzində “Əl Qaidə” təşkilatının başçısı Üsamə bin Laden ABŞ qüvvələri tərəfindən öldürülsə də, taliblər nəinki öz mövqelərini itirmədilər, əksinə son nəticədə hakimiyyətə gələ bildilər.