📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müdafiə Nazirliyi açıqlama yaydı: Antiterror əməliyyatı davam edir

2023-09-20 09:38:00

Müdafiə Nazirliyi açıqlama yaydı: Antiterror əməliyyatı davam edir

Lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.

Hurriyyet.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.

Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib.