📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müdafiə Nazirliyi daha bir məlumat yaydı: Kəlbəcərdəki mövqelərimiz...

2023-06-17 19:21:00

Müdafiə Nazirliyi daha bir məlumat yaydı: Kəlbəcərdəki mövqelərimiz...

İyunun 17-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.