Müdafiə Nazirliyi MƏLUMAT yaydı
2022-02-19 09:34:00
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Hurriyyet.az xəbər verir ki, açıqlamada deyilir:
“Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır”.