📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müdafiə Nazirliyi məlumat yaydı

2023-09-16 14:34:11

Müdafiə Nazirliyi məlumat yaydı

Sentyabrın 16-sı saat 13:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

Hurriyyet.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.