📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI

2021-10-15 09:08:00

Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Hurriyyet.az xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib.