📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: Düşmən Kəlbəcəri yenidən atəşə tutdu

2022-09-05 15:33:00

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: Düşmən Kəlbəcəri yenidən atəşə tutdu

Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Hurriyyet.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.