📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: Sentyabrın 5 -i...

2023-09-06 00:24:44

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: Sentyabrın 5 -i...

Sentyabrın 5-i saat 19:35 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.