📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müdafiə Nazirliyinin idarə rəisi həbs edildi

2022-02-21 12:49:00

Müdafiə Nazirliyinin idarə rəisi həbs edildi

Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.

Hərbi mənbələrdən “Qafqazinfo”ya verilən özəl məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Hurriyyet.az xəbər verir ki, Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.

Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.