📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisinin məhkəməsi başladı - Foto

2026-02-09 13:26:25

Müdafiə Nazirliyinin

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hurriyyet.org Teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 23-nə təyin olunub.

İlham Haqverdiyevin barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, o, Hərbi Prokurorluq tərəfindən məsuliyyətə cəlb olunub. İttihama görə, o, rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.