📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Müdafiə sistemlərimiz hazırlıq keçir, amma..." - Dias-Kanel

2026-02-05 22:20:02

Kuba ABŞ üçün təhdid yaratmır və onun hərbi doktrinası yalnız ölkənin müdafiəsinə yönəlib.

"Report" xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel mətbuat konfransında bildirib.

"Hərbi doktrinamız başqa ölkəyə qarşı hər hansı təcavüzü qətiyyən nəzərdə tutmur. Biz ABŞ üçün təhdid yaratmırıq", - Prezident vurğulayıb.

O qeyd edib ki, Kuba hərbi sahədə digər ölkələrlə əməkdaşlıq edir, lakin onun ərazisində xarici bazalar yoxdur: "Kubada bir qeyri-qanuni hərbi baza var, o da Quantanamodakı ABŞ bazasıdır".

Dias-Kanel bildirib ki, Müdafiə Şurası hərbi vəziyyətin elan olunması halında tədbirlər və planları araşdırır, lakin hazırda buna ehtiyac yoxdur: "Müdafiə sistemlərimiz hazırlıq keçir, amma hələ hərbi vəziyyətə keçid barədə danışmırıq".