📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müəllim əməliyyat masasında öldü

2022-05-19 10:38:00

Müəllim əməliyyat masasında öldü

Azərbaycanda müəllim əməliyyat masasında ölüb.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, dünən Sabirabad rayonu A.Ağarəhimov adına Yenikənd kənd tam orta məktəbinin riyaziyyat müəllimi Kamal Əliyusif oğlu Həsənov açıq ürək əməliyyatı zamanı dünyasını dəyişib.

Qeyd edilib ki, 66 yaşlı Həsənov Kamal 40 il müəllim işləyib.