📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müəllimə ölümcül güllələnib, direktor "ciddi xəsarət yoxdur" deyir

2026-02-06 14:17:57

Müəllimə ölümcül güllələnib, direktor
Direktor güllələnən əməkdaşının hansı fənndən dərs dediyini də bilmir

Məlum olduğu kimi, bu gün səhər saatlarında Bakıda yerlşən İdrak Liseyində güllələnmə baş verib.

Belə ki, məktəbin 10-cu sinif şagirdi müəlliminə odlu silahla xəsarət yetirib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən (KTM) "AzPolitika"ya verilən məlumata görə, güllələnən müəllimənin vəziyyəti orta ağırdır.

Bakıda yerləşən “İdrak” liseyində şagird müəllimi güllələyib.

“İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov hadisə ilə bağlı “Yeni Sabah”ın suallarını cavablandırıb.

- Hadisə necə olub?

- Mən gəlmişəm, burdayam. Uşaq çantasında ov tüfəngi gətirib. Ehtiyatsızlıqdan atəş açılıb. Şükür Allaha, elə də ciddi xəsarət yoxdur.

- Neçənci sinif şagirdidir?

- 10-cu sinifdə oxuyur. Oğlan uşağıdır.

- Güllələnən müəllim qadındır yoxsa kişi?

- Qadındır. 

- Müəllimin vəziyyəti necədir?

- Müəllimənin vəziyyəti yaxşıdır. Xəstəxanadadır.

- Hansı fənndən dərs deyir? 

- Hazırda araşdırma aparılır. 

- Əvvəllər bu şagirdlə bağlı şikayət olub?

- Xeyr olmayıb.

- Həmin şagirdin davranışları normaldır?

- Bəli, normaldır.

- Liseyin qapısında mühafizə yoxdur? Necə olub ki, həmin silahı içəri keçirib?

- Var. Ancaq keçirə bilib.

- Hadisə sinif otağında, yoxsa həyətdə baş verib?

- Sinif otağında baş verib.