📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müəllimi güllələyən şagirdin “TikTok” paylaşımları şok etdi: Görün kimi "kumir" seçibmiş - Foto

2026-02-08 15:15:10

Müəllimi güllələyən şagirdin “TikTok” paylaşımları şok etdi: Görün kimi

Bakıdakı “İdrak” liseyində müəllimini güllələyən şagirdin qəribə "TikTok" repostları diqqət çəkib.

Hurriyyet.org xəbər verir ki, bu barədə məlumat Şedevr telegram kanalında paylaşılıb.

Belə ki, onun paylaşımlarından Vladislav Roslyakova xüsusi rəğbət bəslədiyi görünür. Demək olar ki, şagirdin bütün "TikTok" repostları məhz Roslyakovla bağlıdır.

Qeyd edək ki, Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecinə ov tüfəngi ilə gələrək, 20 tələbəni öldürmüş, 60-dan çox insanı isə yaralamışdı.

Bu hadisə Rusiya tarixində ən ağır məktəb hücumlarından biri hesab olunur və “Kerç Kolumbaynı” adlandırılır. Hadisə ABŞ-da baş vermiş Kolumbayn məktəb atışmasından ilhamlanaraq törədilmişdi.

Bu, bir daha göstərir ki, yeniyetmələrin sosial şəbəkə paylaşımları valideynlərin daimi nəzarətində olmalı, onlar övladlarının maraq dairələrini diqqətlə izləməlidirlər.