📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müəllimin meyiti yaşadığı evdə tapıldı - Foto

2026-08-12 10:35:54

Müəllimin meyiti yaşadığı evdə tapıldı - Foto

Saatlıda müəllimin meyiti yaşadığı evdə tapılıb.

Hurriyyet.Media  xəbər verir ki, Novruzlu kənd tam orta məktəbinin texnologiya müəllimi Məcnun Alışov yaşadığı evdə qəfil ölüb.

İlkin ehtimala görə, o, zəhərlənmə səbəbindən həyatını itirib.

Bildirilib ki, M.Alışov 17 il ərzində Novruzlu məktəbində müəllim kimi fəaliyyət göstərib, yüksək nəticələrlə yadda qalıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Saatlı rayonu Novruzlu kənd ümumi orta ümumtəhsil məktəbinin yaydığı məlumata görə, Məcnun Alışov keçirdiyi avtoqəzada həyatını itirib.