📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müəllimlər bu hüquqlarından xəbərsizdirlər – Təhsil qanunvericiliyi

2021-12-03 14:06:00

Müəllimlər bu hüquqlarından xəbərsizdirlər – Təhsil qanunvericiliyi

Təhsilverənlərin hüquqlarının qorunması və inkişaf etdirilməsi tədris sistemində vacib məsələlərdən biridir.Bəs təhsilverənlər hansı hüquqlara sahibdir:

Hurriyyet.az onları təqdim edir:

Normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq tədris prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək; 

Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, metodik vəsaitlərlə təmin olunmaq;

Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

Təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək; 

Yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək; 

Müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;

Təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-professor vəzifəsini tutmaq;

Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.