📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müəllimləri daşıyan avtobus yük maşını ilə toqquşdu - Xeyli yaralı və ölən var

2023-12-13 22:57:06

Müəllimləri daşıyan avtobus yük maşını ilə toqquşdu - Xeyli yaralı və ölən var

Rusiya Federasiyasının Vladimir vilayətində müəllimləri daşıyan avtobus ilə yük maşını toqquşub.

Hurriyyet.Az bildirir ki, bu barədə vilayət qubernatoru Aleksandr Avdeyev “Telegram” kanalında məlumat verib.

Hadisə nəticəsində 23 nəfər xəsarət alıb, onlardan ikisi reanimasiyadadır.

Yeddi nəfərin vəziyyəti orta-ağırdır.

Qəza zamanı avtobusun sürücüsü yerindəcə dünyasını dəyişib.\\KONKRET.AZ