📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müəllimlərin nəzərinə: 10 avqust saat 15:00-dan etibarən...

2021-08-09 21:11:00

Müəllimlərin nəzərinə: 10 avqust saat 15:00-dan etibarən...

Avqustun 10-u saat 15:00-dan etibarən biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Hurriyyet.org bildirir ki, bu barədə Sfera.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.