📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Müəyyən müddətdən sonra Məhəbbəti oynamaq istəmirdim"

2021-12-14 15:48:00

Uzun müddətdir ki, ən reytinqli serialların rejissoru olan, Əməkdar Mədəniyyət işçisi Ramin Hacıyevi bu gün “Bacanaqlar” serialının Məhəbbəti kimi tanıyırıq. 

Hurriyyet.az Moderator.az-a istinadən xəbər verir ki, Ramin Hacıyev açıqlamasında heç bir obrazının Məhəbbət qədər sevilmədiyini bildirib:

“İlk dəfə efirdə nümayiş olunan seriallarımızdan olan “Bacanaqlar” bu cameədə bir ilk idi. Orada ən çox bəyənilən obrazlardan biri də Məhəbbət oldu. Məhəbbət, Sevda obrazlarının bu qədər sevilməsi serial tarixində maraqlı bir iz qoydu.  Mən  özüm də müəyyən müddətdən sonra Məhəbbəti oynamaq istəmirdim. “Bacanaqlar” serialından sonra başqa seriallarda  da çəkilmişəm. Ancaq baxıram ki, aktyor kimi nə qədər obraz canlandırsam da hamı mənə Məhəbbət deyir. Həmin obrazdan sonra digər obrazlarım bunun qədər yadda qalmayıb. Bunun üçün də yenir bir şeylər düşünmək lazımdır”.