Müğənni deputatlığa namizəd oldu?
2024-07-18 15:12:57
Müğənni Humay Tofiq qızı Aslanovanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi olması haqda məlumat həqiqəti əks etdirmir.
Hurriyyet.az xəbər verir ki, bu barədə axar.az-a yerli mənbələr məlumat verib.
Bildirilib ki, 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyi YAP tərəfindən irəli sürülən Humay Aslanovanın sadəcə tanınmış müğənni ilə ad-soyadı eynidir.