📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müğənni Nəfəsin 270 minlik malikanəsinin GÖRÜNTÜLƏRİ - VİDEO

2022-10-14 10:48:00

Müğənni Nəfəsin 270 minlik malikanəsinin GÖRÜNTÜLƏRİ - VİDEO

Müğənni Nəfəs bahalı evi ilə gündəmə gəlib. 

Hurriyyet.az xəbər verir ki, "Həmin Zaur" verilişinə qonaq olan sənətçinin yeni malikanəsinin görüntüləri nümayiş olunub. Nəfəs villasını 270 min AZN-ə alıb.

Müğənni bu günə qədər şəxsi evinin olmadığını, uşaqlıq illərindən kirayədə yaşadığını deyib:

"İllərlə çəkdiyim əziyyətimin bəhrəsidir. Pulunu tam ödəməmişəm. İnsanlar elə qəribə baxırlar ki, görəsən, haradan alıb? Mən evsiz böyüyən bir qız olmuşam. Ona görə çox şükür Allaha ki, bizim evimiz var. Ailəmlə 2009-cu ilə qədər kirayədə yaşamışıq".