📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müğənni Tina Törner vəfat edib

2023-05-24 23:37:00

Müğənni Tina Törner vəfat edib

Amerikalı müğənni, aktrisa və rəqqasə Tina Törner 83 yaşında vəfat edib.

Bu barədə "Sky News" telekanalı məlumat yayıb.

"Rok-n-rollun kraliçası" Tina Törner bu gün İsveçrənin Sürix yaxınlığındakı Küsnaxt şəhərindəki evində uzun sürən xəstəlikdən 83 yaşında vəfat edib”, - müğənninin sözçüsü açıqlamasında bildirilir.

"Onunla birlikdə dünya bir musiqi əfsanəsini və rol modelini itirdi", - açıqlamada qeyd olunur. \\Report