📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Müğənnilər, yoldan keçənlər, pinəçilər aktrisalıq edib, film və seriallarda çəkilirlər”

2021-12-23 17:50:00

“Müğənnilər, yoldan keçənlər, pinəçilər aktrisalıq edib, film və seriallarda çəkilirlər”

“Mən elə-belə oxuyub, müğənnilik etmirəm. Bu sənətin təhsilini almışam. Vaxtilə fərdi dərslərə getmişəm, konservatoriyada sevilən sənətkarımız Natəvan Şeyxovadan vokal dərsi almışam. İncəsənət universitetində oxuyandan toylara gedirəm. Müğənnilər, yoldan keçənlər, pinəçilər aktrisalıq edib, film və seriallarda çəkilirlər, biz aktrisalar müğənnilik edə bilmirik? Müğənnilik edirik, o yana da keçirik”

Hurriyyet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib. O daha sonra əlavə edib.

“Məni qınayan gətirib mənə pul versin, toylara gedib müğənnilik etməyim. Qınayan gətirib pul verir? Hər kəs özündə nə yoxdursa ondan danışır. Hər kəs gedib öz işi ilə məşğul olsun, heç kimi qınamasın. Ümumiyyətlə indi elə bir vəziyyətdir ki, qeyrəti olmayan qeyrətdən, namusu olmayan namusdan, oğru olan, yalançı düzgünlükdən danışır. Öz gözünüzdə tiri axtarın, başqasının gözündə çöp yox” deyə aktrisa bildirib.