📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müğənninin qızının atası ilə görüşməsinə kim icazə vermir?

2022-12-08 23:22:00

Müğənninin qızının atası ilə görüşməsinə kim icazə vermir?

Muğam ifaçısı İlahə İbadova MTV Azərbaycan kanalında şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Hurriyyet.Az xəbər verir ki, İlahə İbadova keçmiş həyat yoldaşı, həmkarı Mirsaleh Əliyevin qızıyla görüşmədiyini deyib:

"Qızımın 14 yaşı var, atası ilə görüşmür. Qarşı tərəfdən istək yoxdur, ata maraqlanmalıdır. Sonuncu dəfə qızını 2-3 yaşında görüb. Daha görməyə can atmır. Səbəb isə indiki ailəsidir. Yəqin həyat yoldaşı icazə vermir. Özü də əhli-kef adamdı. Ümumiyyətlə, onun üçün uşaq maraqlı deyil. Qızım da o haqda sual vermir" .

Qeyd edək ki, keçmiş cütlüyün Ayan adlı bir qızı var. \\Teleqraf.com