Müharibə 24 saata bitəcəkmi? - Duda Tramp haqda dedikləri ilə hər kəsi təəccübləndirdi
2024-02-08 11:55:24
Polşa Prezidenti Anjey Duda ABŞ-nin keçmiş Prezidenti Donald Tramp haqda dedikləri ilə hər kəsi təəccübləndirib.
Hurriyyet.az xəbər verir ki, Duda,Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə söz verdiyi kimi, Ukraynadakı müharibəni 24 saat ərzində bitirəcəyinə əminliyini ifadə edib.
“Bir vaxtlar Trampla işləmiş prezident kimi şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, onun mənə verdiyi vədlər yerinə yetirilib”,- Duda bildirib.
O, Trampın dediyi hər şeyi ciddi qəbul etdiyini vurğulayıb.
Qeyd edək ki, Donald Tramp prezident olacağı təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində bitirəcəyini bildirib.
AzPolitika.info